Millimiz Slovakiyaya qalib gəldi - 3:1

15 Sentyabr 2015 23:37 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün ilk matçına çıxıb.

Yığmamız doğma azarkeşləri önündə Slovakiyanı sınağa çəkib. Bakı İdman Sarayında keçirilən oyun millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Slovakiyada keçiriləcək.

Əlavə edək ki, pley-off mərhələsinin digər cütlüklərində Rumıniya evdə Macarıstanla, Çexiya Belarusla və Bosniya və Hersoqovina Qazaxıstanla qarşılaşacaq.