Ziya Məmmədovun qardaşı niyə namizədliyini vermir? - Açıqlama

16 Sentyabr 2015 11:03 (UTC+04:00)

Bu barədə məlumatı AzNews.az-a deputatın özü deyib. Millət vəkili bildirib ki, hansı dairədən namizəd ola biləcəyini də düşünməyib: "Seçkiyə gedib-getməməyimlə bağlı qərar vermədiyim üçün hansı dairədən namizədliyimi irəli sürəcəyimi də müəyyənləşdirməmişəm. Ona görə də əvvəlcədən bununla bağlı heç bir rəy verə bilmərəm".

Qeyd edək ki, Elton Məmmədov 2010-cü ildə keçirilən seçkidə 91 saylı Ucar seçki dairəsindən bitərəf olaraq namizədliyini verib qalib olmuşdu.

Yeni Azərbaycan Partiyası (YAP) bu ilki siyahıda 91 saylı Ucar seçki dairəsindən Vüsal Hüseynovun namizədliyini irəli sürüb.

Sevinc Yasinqızı