YAP-ın Aysel Əlizadəsi- FOTOLAR

16 Sentyabr 2015 11:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hakim partiyanın 8 saylı Binəqədi 1-ci seçki dairəsindən namizədliyini irəli sürdüyü şəxsi - Əlizadə Aysel İsmayıl qızını yazar Aysel Əlizadəylə səhv salanlar olub.

Xatırladaq ki, gənc yazar da eyni dairədən, lakin 125-lər seçki blokundan namizədliyini verib. Məsələ ilə bağlı YAP-dan verilən məlumata görə, onların namizədi 1989-cu ildə İsmayıllıda doğulub. 2006-cı ildə Bakı şəhər 135 saylı tam orta məktəbi bitirib. Təfəkkür Universitetinin məzunudur. 2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan A.Əlizadə 2014-cü ildə bələdiyyə üzvü seçilib.

AzNews.az Aysel Əlizadənin fotolarını əldə edib. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq xanım namizədin şəkillərini təqdim edirik: