Moskvada bomba həyəcanı

22 Oktyabr 2012 12:21 (UTC+04:00)


Rusiyanın paytaxtı Moskva şəhərində "Kursk" vağzalı bomba təhlükəsinə görə boşaldılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Moskva vaxtı ilə saat 15.00 radələrində qaynar xəttə naməlum şəxs tərəfindən zəng daxil olub. Zəng edən şəxs vağzala güclü partlayış qüvvəsinə malik olan bomba yerləşdirildiyi barədə məlumat verib.

Polis dərhal bütün sərnişinləri və əməkdaşları vağzaldan evakuasiya edib.

Elnarə Əlosmanqızı
AzNews.az