Keçmiş deputat geri çəkildi - Mirəlioğlunun xeyrinə

16 Sentyabr 2015 13:00 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, VİP sədri Əli Əliyev deyib ki, əsas diqqət VİP-in ayrılıqda və partiyanın həmtəsisçisi olduğu "Azadlıq-2015" blokunun seçki fəaliyyətinə yönəlib. Siyasi Şura üzvləri VİP-in və "Azadlıq-2015" seçki blokunun fəaliyyətini qənaətbəxş hesab ediblər.

Müzakirə zamanı Müsavat Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə deputatlığa namizədi İkram İsrafilin "Azadlıq-2015" seçki blokunun təsisçilərindən biri, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun xeyrinə öz namizədliyini geri götürməsi müsbət nümunə olaraq yüksək qiymətləndirilib.

VİP Siyasi Şurası İ.İsrafilin bu jestini və onun öz namizədliyini 115 saylı Şəki kənd ikinci seçki dairəsindən irəli sürmək qərarını nəzərə alaraq, təqdir olunan siyasi davranışa qarşılıq verilməsini məqbul sayıb. Müxalifət qüvvələrinin zəruri hallarda qarşılıqlı güzəştlərə getməsinin vacibliyini qəbul edən VİP Siyasi Şurası partiyanın və eyni zamanda, "Azadlıq-2015" seçki blokunun 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə namizədi Salamzadə Mahir Ziyəddin 114 saylı Şəki kənd birinci seçki dairəsinə keçirilməsi, VİP-in və "Azadlıq-2015" seçki blokunun 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə deputatlığa namizədi Beydullayev Vüqar Pirməmməd oğlu isə namizədliyinə xitam verilməsinə dair qərar qəbul edib. VİP Siyasi Şurası parlament seçkiləri çərçivəsində müxaliət qüvvələrinin qarşılıqlı anlaşmaya əsaslanan davranışlarının intensivləşəcəyinə inamını da diqqətə çatdırıb.