Hərbçilərimiz yol qəzasına düşdü

22 Oktyabr 2012 12:11 (UTC+04:00)


Azərbaycanda hərbçilər yol qəzasına düşüb. Bu barədə APA-ya Şəki Rayon Polis Şöbəsindən bildirilib. Hadisə oktyabrın 22-də saat 00.25 radələrində Şəki rayonunun Çeşməli kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Elnur Yusifov idarə etdiyi "Mercedes" markalı maşını yol kənarındakı ağaca çırpıb. Nəticədə avtomobildə olan sərnişin Rüfət Səmədli aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Sürücü isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Polisdən həmçinin bildirilib ki, qəzaya düşən şəxslərin hər ikisi Sərhəd Qoşunlarının Şəkidə yerləşən Sərhəd Dəstəsinin giziridir.

AzNews.az