Jurnalist alimlər arasında qalib oldu – Müsabiqə

16 Sentyabr 2015 17:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müsabiqə "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi, habelə respublikamızın elmi ictimaiyyətinin bu sahəyə diqqətinin artırılması, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi məfhumların ölkəmizdə aparılan elmi araşdırmaların əsas tədqiqat predmetlərindən birinə çevrilməsi, ekspert rəylərinin toplanması məqsədi daşıyır.

Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinin sözçüsü və Aparat rəhbəri Nihal Saad, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin müşaviri Jan Kristof iştirak ediblər.

"Alim və tədqiqatçılar" nominasiyasında birinci yerə Yusif Ağayev, ikinci yerə Niyaz Niftiyev, üçüncü yerə Əlimusa İbrahimov, Mehti Mükərrəm isə həvəsləndirici mükafata sahib olub.

"Kollektiv yazılar" nominasiyasında Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrası birinci, psixologiya üzrə elmlər doktoru Ramiz Əliyev və psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlı ikinci oldular.

Azər
AzNews.az