Nahid Bağırov yenidən vitse-prezident oldu

16 Sentyabr 2015 19:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, sessiyanın sentyabrın 14-də keçirilən iclasında təşkilatın bir sıra strukturlarına seçkilər olub. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov 2 il müddətinə Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzv dövlətlərin Avropa üzrə vitse-prezidenti seçilib.

Bu gün ÜTT qoşulmuş üzv dövlətlərini 400 təşkilat təmsil edir. Bunlar hava yolları, turizm şirkətləri və büroları, reklam agentlikləri, universitetlər, turizm biznes məktəbləri, məşhur mehmanxanalar və digər təşkilatlardır.
Sessiya işini sentyabrın 17-də yekunlaşdıracaq.