Türklər daha bir erməni kilsəsini bərpa edir

22 Oktyabr 2012 14:15 (UTC+04:00)
Türkiyənin Malatya əyalətində yerləşən erməni kilsəsi Venk bərpa olunur. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, layihə Malatya vilayətinin regional departamenti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, ermənilər kilsənin bərpasının Malatyanın tarixiliyinin yenidən qazandırılması baxımından yüksək addım hesab ediblər. Əslində isə, Türkiyədə tarixi abidələrin bərpası adı altında aparılan işlər erməni iddialarını daha da gücləndirməyə xidmət edir.

Əgər tarixi abidələrin bərpası belə önəmli və milləti ucaldan hadisədirsə o, zaman ermənilər İrəvan və Qarabağda dağıtdıqları tarixi abidələri bərpa etsinlər və özlərini dünyaya tolerant, mədəniyyətə və tarixə hörmət edən millət kimi tanıtsınlar.

Sadiq Musa
AzNews.az