Tacikistan DİN-i müdafiə nazirinin müavininin öldürüldüyünü təsdiqlədi

16 Sentyabr 2015 20:45 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir.

Məlumata əsasən, xüsusi əməliyyat nəticəsində həmçinin daha 30 qiyamçı məhv edilib, 100-dən çoxu həbs edilib. Güc strukturları tərəfindən "Alfa" xüsusi təyinatlı dəstəsinin komandiri Rustam Amakiyevin öldüyü bildirilir.

Qeyd edək ki, Abdulhalim Nazarzoda sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkilində ittiham edilirdi.