“Biz oyuna tam hazırıq” - Roman Qriqorçuk

16 Sentyabr 2015 20:53 (UTC+04:00)

AzNews.az həmin sual-cavabı təqdim edir:

- Pley-off-dakı "Qəbələ" ilə indiki "Qəbələ"arasında nə fərq var?

- Xeyr, fərq yoxdur. Pley-off-da qrupa düşmək üçün mübarizə aparırdıq, indi isə hər oyunda qalib gəlib qrupdan çıxmaq istəyirik.

- Heyətdə problemlər var?

- Rafael Santosdan başqa itki yoxdur.

- Yeni transferlər oyuna hazırdı?

- Tam, olmasa da demək olar ki, hazırdılar. Onların sabah oyuna çıxacaqlarını istisna etmirəm.

- Rəqib haqqında fikirləriniz necədir? Rəqibi analiz etmisiz?

- Rəqib haqda demək olar hər şeyi bilirik. Bu komandada baş məşqçi yenidir. Ona görə də rəqibdən yeniliklər gözləyirik. Buna baxmayaraq biz oyuna tam hazırıq, öz oyunumuzu göstərəcəyik. Avroliqada iki komandamız mübarizə aparır.

- İlk oyuna görə kimin bəxti gətirib?

- İlk oyunu kimlə oynamağımızın önəmi yoxdu. Üç rəqibimiz var qrupda. "Borusiya", "Totenhem" kimi komanda Azərbaycana gələcək. Bu, ölkəniz üçün futbol bayramıdı. İlk oyunu kimlə oynamağımız o qədər də vacib deyil.

- Ruslan Abışovu yayda komandadan göndərib yenidən niyə geri qaytardınız?

- İki cəbhədə mübarizə aparan komandanın heyətin 4 mərkəz müdafiəçisi olmalıdı. "Panatinaikos"la oyunda Rafa yox idi və bu bizə çox çətinlik yaradırdı. Ruslan Abışovun da gəlişi bununla bağlıdı.

- Ruslan Abışov "Qriqorçuk öz həmyerlisinin əvəzinə məni oynatmaz" demişdi...

- Bu barədə danışığımız olmayıb. Sabah biz PAOK-la oynayırıq və Abışovla bağlı sual verilir. Bu qeyri-profissianallıqdı, mövzuya aidiyyatı yoxdu. Sabahkı oyunda Ruslan Abışov olmayacaq. Ruslan yaxşı futbolçudu, onun belə bir fikir səsləndirməsinə inanmıram.