Azərbaycanlılar Ukraynada seçkilərdə iştirak edəcək - Video

16 Sentyabr 2015 22:52 (UTC+04:00)
Bu haqda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib.

O, qeyd edib ki, Azərbaycan diasporasının nümayəndələri Hikmət Abdullayev və Rasim Hacıyevin Kiyevin keçmiş meri Aleksandr Omalçenkonun lideri olduğu "Yedinstvo" partiyasından namizədliyi irəli sürülüb.

Bu məqsədlə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunda yığıncaq kecirilib. Namizədlər özləri haqda məlumat verərək, gələcək planlarını açıqlayıb.

Görüşdə UABD sədri Hikmət Cavadov, UABD sədrinin birinci müavini Murad Cəfərov, "Yedinstvo" partiyasının lideri Aleksandr Omalçenko ilə yanaşı digər fəxri qonaqlar iştirak edib.