Yaşayış binasında yanğın

16 Sentyabr 2015 23:40 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, paytaxtın Yasamal rayonunda yaşayış binasının 7-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin mətbəxin yanar konstruksiyaları 18 kv.m sahədə və 1 otağında rəf 3 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.