“Çəmən, çiçək kimi kliplərin dövrü çoxdan keçib” – FOTOSESSİYA

22 Oktyabr 2012 12:40 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, "Xalq ulduzu" müsabiqəsinin yadda qalan iştirakçılarından olan xanəndə İlahə İbadova özünə duet ortağı seçdiyi həmkarı Taleh Ələsgərli ilə "Qonşu qız" mahnısına klip çəkdirib.

AzNews.az-ın məlumatına görə, xanəndələrin tandemindən ekrana sıravi kliplərdən fərqi, maraqlı süjet xətti olan klip ortaya çıxıb.

İ.İbadova gənc rejissor Aqilin işindən razılıq edib: "Çəmən, çiçək kimi kliplərin dövrü çoxdan keçib. İnsanlar şablonlaşan klipləri izləmir. Bu nöqteyi-nəzərdən klipimizi fərqli eləmək istədik".

Xanəndə onu da bildirib ki, tezliklə daha bir duet mahnısı olacaq. Bu, yerli yox, əcnəbilərdən biri ilə nəzərdə tutulub.

Fuad Mədətov
AzNews.az