Leysan rayonlarda evləri dağıtdı

17 Sentyabr 2015 10:35 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba, Qusar rayonları ərazilərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin həyətyani sahələrinə və zirzəmilərinə su dolub.

Nəticədə bir ev qismən uçub, dağıntılar altında 1 nəfər qalıb. Əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həmin şəxs cıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hhazırda nazirliyin qüvvələri hadisə yerində su çəkmə işlərini davam etdirir, əlavə məlumat veriləcək.