Nazirlik və “Semaşko”dan dəhşətli qəza ilə bağlı - Açıqlama

17 Sentyabr 2015 10:36 (UTC+04:00)

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, qəza zamanı yaralananlardan Elza Hüseynovanın vəziyyəti ağırdır və hazırda əməliyyat olunur. Məumata görə, xəstəxanaya gətirilən digər yaralı da xanımdır, lakin onun vəziyyəti yaxşı olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qəza nəticəsində iki nəfər həyatını itirib, on nəfərin vəziyyəti isə ağırdır.