Ölənlərdən birinin kimliyi bilindi - Dəhşətli qəza barədə yeni məlumatlar

17 Sentyabr 2015 10:44 (UTC+04:00)
Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, o, 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

Stansiyadan verilən digər məlumata görə, xəstəxanaya daha 10 nəfər yaralı gətirilib: "Onlardan 5-inin vəziyyəti ağırdır, 3-ü əməliyyat olunub, hazırda reanimasiyadadır. 3-ü travmatologiya şöbəsindədir. Yaralılar arasında ayaqlarını belə itirənlər var. Yaralılar arasında uşaq yoxdur".

Sevinc YASİNQIZI
AzNews.az