Sumqayıt qatarı qəza törətdi - Bir nəfər öldü

17 Sentyabr 2015 11:46 (UTC+04:00)

Hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, 07:10 radələrində Sumqayıt sərnişin stansiyasından çıxan qatar dəmiryolu xətti üzərində azyaşlı uşağı vurub.

Hadisə dəmiryolu xəttinin Bakı dəmiryolu stansiyasına yaxın ərazidə baş verib.

Məlumata görə, azyaşlı uşaq hadisə yerindəcə keçinib.

Qəza nəticəsində Bakı–Sumqayıt elektrik qatarının hərəkətində 20 dəqiqə gecikmə olub.


Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 35-40 yaşlarında qadını vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Bakı-Sumqayıt qatarı bir neçə gün öncə- sentyabrın 15-də istifadəyə verilmişdi.