Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərində - Fotolar
17 Sentyabr 2015 12:37 (UTC+04:00)
AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, qırıcı, bombardmançı, hücum, hərbi-nəqliyyat təyyarələri, eləcə də təlimlərdə iştirak edən döyüş-nəqliyyat, axtarış-xilasetmə helikopterləri ilə tanış olan məktəblilər, hərbi pilotlara maraqlandıqları mövzularda suallar veriblər.
Təlimlərdən, xidmətlərindən danışan hərbi şahinlər idarə etdikləri döyüş maşınları barədə şagirdlərlə maraqlı söhbətlər edərək yiyələndikləri peşənin sirlərini bölüşüblər.
Məktəblilər bəzi təlim proseslərini izləyib və hərbi pilotlarla xatirə şəkilləri çəkdiriblər.
