Azərbaycanda 25 yaşlı qızı maşında döyə-döyə zorladılar – TƏFƏRRÜAT

22 Oktyabr 2012 12:52 (UTC+04:00)


Ağcabədi rayonunda 25 yaşlı qız zorlanıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü B.D. şikayət ərizəsi ilə müraciət edib.

Məlumata görə, gənc qız rayon sakini 1991-ci il təvəllüdlü Şəfiyev Rüfət Adil oğlu ilə tanış olub. Bir neçə gün əvvəl onlar görüşüblər və 21 yaşlı R.Şəfiyev 25 yaşlı qızı maşına mindirərək rayonda İydəlik adı ilə tanınan əraziyə gətirib.

Burada R.Şəfiyev qızı döyüb, eyni zamanda onunla qeyri-təbii üsulla cinsi əlaqədə olub. Hadisədən sonra qız gənc oğlanın əlindən qaçaraq yol kənarına gəlib. Burada taksiyə minən 25 yaşlı qız evə, daha sonra isə polis şöbəsinə gəlib.

Araşdırmalardan sonra qızın dedikləri təsdiqini tapıb. Ekspertiza onun bədənində xəsarətlər və zorakılıq izləri aşkarlayıb. Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az