Fəttah Heydərov yenidən namizəd oldu

17 Sentyabr 2015 16:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Report"a 116 saylı Qəbələ Seçki Dairəsinin sədri Ramiz Əsədov bildirib.

O deyib ki, bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün indiyədək 116 saylı Qəbələ Seçki Dairəsinə 8 nəfər müraciət edib, onlardan 6-na imza vərəqi verilib: "Namizəd olmaq üçün müraciət edənlərin arasında Fəttah Heydərov da var".

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 116 saylı Qəbələ Seçki Dairəsindən namizəd irəli sürməyib.

F.Heydərov 1995-ci ildən deputatdır. O, ard-arda 4 dəfə Milli Məclisin deputatı seçilib və hazırda parlamentdə Regional məsələlər komitəsinin sədr müavinidir.

F.Heydərov Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

AzNews.az