Tanker partladı, 85 nəfər öldü - Cənubi Sudanda faciə

17 Sentyabr 2015 18:01 (UTC+04:00)


AzNews.az report-a istinadən xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 85 nəfər ölüb.

Məlumata görə, benzin daşıyan avtomobilin partlaması nəticəsində 85 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb. Hadisə ölkə paytaxtı Cubada baş verib. Xəbərdə bildirilib ki, avtomobil qəza nəticəsində aşıb. Bundan sonra yerli sakinlər onu kənara çəkərək avtomobilin çənindən deşik açıb, benzin çəkmək istəyiblər. Elə partlayış da bu zaman baş verib.

Yerli hakimiyyət 85 nəfərin öldüyünü təsdiqləyib.