YAP-ın Elton Məmmədovun yerinə göndərdiyi şəxs kimdir? – Nazir qardaşı geri çəkildi

17 Sentyabr 2015 18:51 (UTC+04:00)

Millət vəkili bu barədə hələ qərar vermədiyini desə də, AzNews.az-a daxil olan məlumata görə, məsələ dəqiqləşib: nazir qardaşı budəfəki seçkilərdə namizədliyini irəli sürməyəcək.

Buna səbəb Yeni Azərbaycan Partiyasının həmin dairədən gənc və hökumətin dəstəklədiyi bir şəxsin namizəd irəli sürməsidir.
Qeyd edək ki, hakim partiya builki siyahıda Elton Məmmədovun seçildiyi 91 saylı Ucar seçki dairəsindən Vüsal Hüseynovun namizədliyini irəli sürüb.


AzNews.az cəmiyyətə çox da tanış olmayan bu şəxsin kimliyini araşdırıb. Məlum olub ki, V.Hüseynov Prezident Aparatında çalışır.

O, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisidir. Vüsal Hüseynov eyni zamanda Prezident Administrasiyasının tərkibində fəaliyyət göstərən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibidir.

Azər
AzNews.az