Bakı metrosu gecə saat 01:30-dək işləyəcək - “Qəbələ”yə jest

17 Sentyabr 2015 19:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, futbolinfo.az saytının yaydığı xəbərə "Qəbələ" operativ reaksiya verib.
Klubun vitse-prezidenti Fariz Nəcəfov futbolsevərlərə şad xəbər verib:

"Bakı Metropoliteninin rəhbərliyi ilə əlaqə saxlayaraq, vəziyyəti onlara izah etdik. Sağ olsunlar, bizi anlayışla qarşıladılar. Qısa zaman kəsiyində məsələni müsbət həll etdilər. "Qəbələ" – PAOK matçı ilə əlaqədar Bakı

Metropoliteni bu gün gecə saat 01:30-dək işləyəcək".