Kılıcdaroğlu azərbaycanlı biznesmenə təzminat ödəyəcək
17 Sentyabr 2015 20:35 (UTC+04:00)
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul 24. Əsliyyə Hüquq Məhkəməsi bu gün Rza Zərrabın xeyrinə qərar qəbul edib.
Məhkəməyə Zərrabın vəkili Gizem Naz Gündoğan ilə Kılıçdaroğlunu vəkili Cəlal Polad qatılıb.
Qeyd edək ki, Kamal Kılıçdaroğlu 22 Aprel 2014-cü il tarixli toplantısında iş adamını təhqir etdiyi üçün qarşı tərəf məhkəməyə vermişdi.
Müxalifət lideri ictimaiyyət qarşısında Zərrabı soyğunçu, rüşvətxor və saxtakar adlandırmışdı.