Ərzaq mağazası yandı - Yasamalda

18 Sentyabr 2015 09:04 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 247 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan ərzaq malları 100 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.