İnsan delfin kimi üzə bilərmiş-VIDEO

22 Oktyabr 2012 17:15 (UTC+04:00)
Delfinlərin üzmə hissi və onların manevrləri həmişə insanlara maraqlı gəlib. Məhz bu səbəbdən yeni üzmə vasitəsi icad olunub və hətta onun yarışları da keçirilib.

AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, flaybord adlanan bu üzmə növünün çempionatı Qətərdə təşkil olunub. Çempionatda 21 ölkədən 51 idmançı iştirak edir. Daha çox şərhə yer vermədən sizə həmin görüntüləri təqdim edirik. İnanırıq ki, sizdə delfin üzüşü hissini yaşayacaqsınız.



Sadiq Musa
AzNews.az