Ramiz Mehdiyevin partiya sədrləriylə gizli görüşməsi xəbərinə - Reaksiya

18 Sentyabr 2015 10:11 (UTC+04:00)

AzNews.az-a açıqlama verən Araz Əlizadə dünən mətbuatda yazılanların yalan və əsassız olduğu deyib: "Mənim Ramiz müəllimlə görüşməyim haqda gedən məlumatlar doğru deyil. Çünki mən heç kimlə görüşməmişəm".

Qeyd edək ki, "Turan" agentliyi seçkilərə qatılan bəzi partiya sədrləri ilə Prezident Adminstrasiyasında söhbətlərin aparılması ilə bağlı xəbər yayıb.

Xəbərdə bildirilir ki, bu görüşlərə sentybarın 17-dən start verilib. İlk görüş isə Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimovla keçirilib. Partiya sədrlərini şəxsən PA-nın rəhbəri Ramiz Mehdiyevin özü qəbul edib. Hətta partiya sədrlərinə deputat seçildikdən sonrakı "davranışları" ilə bağlı təlimatlar verildiyi iddia edilir.

Sevinc Yasinqızı
AzNews.az