Ümid Sayın: “Bəstəkar Kamalın mahnılarını çox bəyənirəm” – FOTOSESSİYA

22 Oktyabr 2012 13:28 (UTC+04:00)
Bu gün tanınmış teleaparıcı Səxavət Nurun təqdimatında "İmza mən" verilişinin çəkiliş prosesi zamanı maraqlı məqamlar olub. AzNews.az-ın məlumatına görə, verilişin budəfəki qonağı Türkiyənin tanınmış müğənni-bəstəkarı Ümid Sayın və onun azərbaycanlı həmkarı Zarina Məmmədova olub.

Ü.Sayın veriliş zamanı açıqlamalarıyla diqqət çəkib. O, Azərbaycan bəstəkarlarından danışaraq, sevdiyi mahnının adını açıqlayıb:

"Bəstəkar Kəmaləddin Heydərovun mahnılarını çox bəyənirəm. Musiqisi ona, sözləri Baba Vəziroğluna məxsus olan "Gəlsən də, gəlməsən də" mahnısını eşidəndə heyran oldum. Bu mahnını Sərdar Ortacın ifasında eşitmişəm".

Müğənni Zarina isə Ümid Sayınla ifa etdiyi duet mahnısı haqqında danışıb. O, söyləyib ki, söz və musiqisi Ümid Sayına məxsus "Kader utansın" mahnısını Türkiyədə klip çəkdirməsiylə bağlı fikirlərini bölüşüb.

Veriliş bitdikdən sonra pərəstişkarları Ümid sayından və Zarinadan müğənniylə şəkil çəkdirmək və ondan imza alıblar.

Qeyd edək ki, Xəzər Televiziyası və Araz Radiosunun (103.3 FM) efirində yayımlanan "İmza mən" verilişini hər həftənin cümə günü saat 19:00-da izləyə bilərsiniz.

"İmza mən" verilişinin informasiya dəstəyi AzNews.az saytıdır.

Fuad Mədətov
AzNews.az