Müşaviri Əli Kərimlinin yerinə namizəd oldu: “Danışmağa imkanı versələr...”

18 Sentyabr 2015 13:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, bu barədə özünün "Facebook" hesabında yazıb. Qeyd edib ki, hamı kimi AXCP sədri Əli Kərimlinin də zəif cəhətləri var: "Əli Kərimli çağdaş Azərbaycan siyasətinin görkəmli simalarından biridir. Hamının olduğu kimi Əli bəyin də zəif tərəfləri var. Demokratiyanın verdiyi fürsətlərdən yararlanaraq, siyasi mədəniyyət və əxlaq çərçivəsində, Əli bəylə yarışmaq istəyirəm. Mən 16 yaşımdan cəbhəçiyəm, 25 illik siyasi fəaliyyətim var, məhbus həyatı yaşamışam, tanıyan dostlar azad adam kimi xarakterizə edirlər. Azadlığımı heç kimə vermərəm. Heç kim uzağa gedən nəticələr çıxarmasın. Mən qurultaydan sonra sıravi cəbhəçi olaraq qalacağam. Heç kim məni çirkin və namərd oyuna qoşa bilməz. Partiya daxilində sədri tənqid etmə ənənəsini mən möhkəmlətmişəm".

S.Kərimli qələbə şansının az olduğunu bildirib: "Yuxarı və orta səviyyəli funksionerlər bilirlər ki, sədrin yaxın ətrafının partiya daxilindəki pozuculuq fəaliyyəti illərdir hədəfimdədir. Sədri də onları himayə etdiyi, partiya idarəetməsində kollegiyallığın qrup oyunları ilə əvəzlənməsinə imkan tanıdığı üçün dostcasına tənqid etmişəm. Sədrliyə namizəd olmağıma düşmən münasibət gözləmirəm, rahatam. Qələbə şansım azdır, amma pozitiv işlər görəcəyimə inanıram. Fərqli düşüncəm var və bunu illərdir ifadə edirəm".

S.Kərimli hesab edir ki, partiya ideoloji boşluqdadır: "Maraqlı müzakirələr açıla bilər. Tənqidlərim kollegial idarəetməni təşviq edəcək. Əli bəyin demokratlığına və tolerantlığına şübhə edənlər az deyil. Mənə danışma və yarışma imkanı tanınsa , bundan da pozitiv yararlanma imkanı olacaq. Ən başlıcası demokratik seçki vərdişlərinə yiyələnmək üçün fürsət yaranacaq. Partiyadaxili demokratiyanın nümunələrini sərgiləməklə, bütün ölkəyə pozitiv mesaj verə bilərik".

Xatırladaq ki, AXCP 6-cı qurultayına hazırlaşır. Onu da bildirək ki, AXCP-nin sonuncu qurultayı 2010-cu ilin sentyabrın 25-də keçirilib.

Xatırladaq ki, AXCP-sı 6-cı qurultayına hazırlaşır. Qurultay sentybarın 27-də Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında baş tutacaq. AXCP-nin sonuncu qurultayı 2010-cu il sentyabrın 25-də keçirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az