XXI Azərbaycan kubokuna start verildi

22 Oktyabr 2012 17:17 (UTC+04:00)
Bu gün keçiriləcək bir oyunla XXI Azərbaycan kubokuna start verilib. Trend-in məlumatına görə, 1/16 final mərhələsinin açılış oyununda birinci divizion klubu "Qala" "Kəpəz"lə qarşılaşıb. Gəncə təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksələn ilk komanda olub.

Qollar: Yuri Fomenko, 2 (0:1), 13 (0:2), 59 (0:4), Bəxtiyar Soltanov, 45 (0:3), Bəxtiyar Fəzai, 81 (1:4), 85 (2:4)

Qeyd edək ki, bir oyundan ibarət olan 1/16 final mərhələsinin digər görüşləri oktyabrın 24-də keçiriləcək.

AzNews.az