Harvard məzunu Elton Məmmədovun yerinə namizəd oldu - Foto

18 Sentyabr 2015 15:23 (UTC+04:00)

Bildirmişdik ki, Vüsal Hüseynov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisidir. O, eyni zamanda Prezident Administrasiyasının tərkibində fəaliyyət göstərən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibidir.

"Qafqazinfo" isə Vüsal Hüseynovla bağlı maraqlı məlumat edib. Məlum olub ki, YAP-ın gənc namizədi Harvard universitetinin məzunudur. O, eyni zamanda BDU-nun Hüquq Fakültəsini bitirib.

Qeyd edək ki, Vüsal Hüseynov Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Bu arada məlumat üçün bildirək ki, hazırda sözügedən dairədən deputat Nəqliyyat naziri Ziya Məmədovun qardaşı Elton Məmmədovdur. E.Məmmədov isə seçkilərə namizədliyini irəli sürməyib.