Sahib Aliyev yenidən deputat olmaq istəyir - Açıqlama

18 Sentyabr 2015 16:01 (UTC+04:00)

Bu barədə məlumatı AzNews.az-a deputatın özü verib. Millət vəkili bildirib ki, bu ilki seçkilərə də ötən seçkidə namizədliyini irəli sürdüyü dairədən qatılacaq: "Bitərəf olaraq 95 saylı Tərtər seçki dairəsindən namizədliyimi vermişəm".

Qeyd edək ki, Sahib Əliyev 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərə bitərəf olaraq 95 saylı Tərtər seçki dairəsindən qatılıb və qalib olub. Yeni Azərbaycan Partiyası (YAP) bu ilki seçkidə Sahib Əliyevin dairəsindən Surxay Mirzəyevin namizədliyini irəli sürüb.

Sevinc Yasinqızı
AzNews.az