8 nəfərin namizədliyi qeydə alındı - MSK-da iclas

18 Sentyabr 2015 17:38 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu Mərkəzi Seçkilər Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 125 dairə üzrə 923 müraciət daxil olub: "Onlardan 498 nəfəri13 siyasi partiya tərəfindən, 34 nəfəri "Azadlıq-2015" blokundan, 388 nəfəri fərdi qaydada, 3 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 720 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 583 nəfər imza vərəqələri alıb, onlardan 39 nəfəri imza vərəqələrini qaytarıb. Onlardan isə 8 nəfərin namizədliyi qeydə alınıb".