Jurnalistin evində axtarış aparıldı

18 Sentyabr 2015 19:02 (UTC+04:00)
AzNews.az Turan-a istinadən xəbər verir ki, Meydan TV ilə əməkdaşlıq edən C.Abdullayevin evində aparılmış axtarış digər jurnalist Şirin Abbasovun işi ilə bağlıdır. Ş.Abbasova dünən 30 sutka həbs cəzası verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalist C.Abdullayevin kompüterini, üç kamerasını və noutbukunu götürüblər.