Hüseyn Cavidin 130 illik yubileyi keçiriləcək

22 Oktyabr 2012 17:48 (UTC+04:00)
Dahi Azərbaycan şairi və dramaturqunun seçmə aforizmlərindən ibarət miniatür kitabı nəşr edilib. Oktyabrın 24-də, saat 18:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şair və ictimai xadim Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 16 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq keçiriləcək yubiley tədbirində bir çox yüksək rütbəli dövlət nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir.

AzNews.az