Avropa Məhkəməsindən “Azərenerji” barədə - Qərar

18 Sentyabr 2015 20:47 (UTC+04:00)

Amma bu dəfə söhbət əmək hüququ pozulan bir qrup adamın 2009-cu ildə "Azərenerji" ASC- dən işdən çıxarılmasından gedir.

AzNews.az-ın məlumatına görə, vəkil Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, o vaxt həmin adamlar məhkəmə yolu ilə işə bərpa edilsə də Azadenerji qərarın icrasından imtina eləyib və uzun çəkişmədən sonra müdafiə tərəfi Avropa Məhkəməsinə üz tutmalı olub.

Vəkil deyir ki, Azərbaycan hökuməti Avropa Məhkəməsi ilə kommunikasiya zamanı işçilərə dəymiş maddi və mənəvi ziyan, habelə hüquqi xidmətə görə kompensasiya ödəniləməsini təklif etdi və müdafiə tərəfi bununla razılaşdı. Məhkəmənin qərarına əsasən 9 nəfərin hər birinə mənəvi ziyana görə 3 min, hüquqi xidmətlərə görə isə 900 avro məbləğində təzminat ödənilməlidir.

Amma vəkil deyir ki, nədənsə Avropa Məhkəməsinin qərarında yalnız mənəvi ziyan və hüquqi xidmətlər üçün kompensasiya nəzərdə tutulur. Çünki hökumət maddi ziyana görə onlara ümumilikdə 150 min (maaşından asılı olaraq hər bir nəfərə 15-20 min arası) avrodan çox kompensasiya təklif eləmişdi, amma nədənsə məhkəmə bunu nəzərə almayıb və görünür texniki səhvə yol verib.

Əsabəli Mustafayev bununla bağlı yenidən məhkəməyə yazılı müraciət göndərdiyini deyir.

Amma vəkil hesab edir ki, istənilən halda bu qərar göstərir ki, məsələyə ədalətli baxılmayıb və həmin insanların hüquqları pozulub.