Bakıda Musiqi Festivalı açıldı - Fotolar

18 Sentyabr 2015 21:27 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Heydər Əliyev Fondunun və Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcən festivalın açılışı Heydər Əliyev Sarayında baş tutub.

Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Ü.Hacıbəyli adına Dövlət Simfonik orkestri-bədii rəhbər və baş dirijor Rauf Abdullayev, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası, solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Q.Qarayev adına Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Musiqili teatrı iştirak edib.

Konsertə Faiq Şücəddinov, Canəli Əkbərov, Yazıçı Anar və başqaları da qatılıb.

Qeyd edək ki, festival sentyabrın 28-i başa çatacaq.