Goranboyda bıçaqlanma

18 Sentyabr 2015 22:35 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumata görə rayonun Qaradağlı kənd sakini, 1993-cü il təvəllüdlü Orxan İmamquliyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir. O. İmamquliyevin kim tərəfindən bıçaqlandığı hələ ki, bilinmir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.