Sabir Rüstəmxanlı Cenevrəyə gedir

19 Sentyabr 2015 12:51 (UTC+04:00)

DAK Mətbuat və İnformasiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müzakirələrə qatılmaq və bu mövzuda çıxış etmək məqsədilə senytabrın 20-də Cenevrəyə yola düşəcək.

Dinləmələrdə DAK həmsədri ilə yanaşı Avropada fəaliyyət göstərən Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Mahmud Bilgin, Avropa Azərbaycanlıları Alyansının (AAA) üzvü Aida Bilgin və İranın azsaylı xalqlarının nümayəndələri iştirak edəcəkdir.