19 nəfərin deputatlığa namizədliyi qeydə alındı

19 Sentyabr 2015 15:25 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, deputatlığa namizədliyini irəli sürən şəxslərdən 839 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub:

"Artıq 721 nəfərə isə imza vərəqi verilib və 64 nəfər imza vərəqini artıq DSK-lara təqdim edib. 19 nəfərin namizədliyi qeydə alınıb".