Bakıda dəhşətli yanğın - Yeniləndi-2 (Video+Foto)

19 Sentyabr 2015 17:35 (UTC+04:00)
AzNews.az xəbər verir ki, C.Məmmədquluzadə küçəsində baş verən yanğını söndürmək mümkün deyil. Yamğın qaçqınların yaşadığı evlərdə baş verib. Ərazidə tikinti işləriylə bağlı hadisə yerinə yalnız bir yanğınsöndürən yaxınlaşa bilib. Ona görə də yanğının qarşısını almaq mümkün deyil.

Ərazidə 8 ailə yaşayır.

Bir neçə nəfərin yanğın içərisində qaldığı bildirilir.
(15:26)

***

Hadisə yerinə daha 3 yanğınsöndürən cəlb edilib. Ətrafı tüstü bürüyüb, yanğın olan əraziya yaxınlaşmaq olmur. Məlumata gorə, bie neçə nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər xəstəxanaya aparılıb.

15:46

***

AzNews.az-ın əməkdaşının hadisə yerindən çəkdiyi videonu təqdim edirik: