Ağıllı tozsoran icad edildi - Evdə olmadıqda belə idarə etmək olur

19 Sentyabr 2015 21:21 (UTC+04:00)

AzNews.az-ın Modern.az-a istinadən bildirir ki, yeni tozsoranların təmizliyə başlaması üçün mobil proqramda "Clean" düyməsinə sıxmaq kifayət edəcək. . Mobil proqram, həmçinin təmizləmə qrafikini idarə etməyə imkan verir, amma real vaxt rejimində tozsoranı idarə etmək mümkün deyil.

Təhlükəsizlik problemi ilə əlaqədar kamera vasitəsilə çəkilmiş görüntü təmizlik bitdikdən 90 dəqiqə sonra silinir. Bu halda heç bir məlumat "bulud"da "Roomba 980" tozsoranı avtonom rejimdə iki-üç otağı təmizləyə bilər. Tozsoranın batareyası 3 saat ərzində tamamilə dolur. Bu halda qurğu əvvəlki modellə müqayisədə iki dəfə çox sorma gücünə malikdir.
Bu ilin oktyabrında tozsoran ABŞ-da 900 dollar qiymətinə satışa çıxarılacaq.