Biznesmen-şair Gülağa Tənha namizədliyini irəli sürdü

19 Sentyabr 2015 21:32 (UTC+04:00)
Azadinforum xəbər verir ki, bu barədə məlumatı Masallıda fəaliyyət göstərən "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov öz facebook səhifəsində paylaşıb.

Qeyd olunur ki, G.Tənhanın adamları artıq DSK-ya müraciət ediblər.

Məlumat üçün bildirək ki, ötən seçkilərdə bu dairədən Elmira Axundova millət vəkili seçilmişdi. Hazırda Elmira Axundova da DSK-ya müraciət edib.

Bu dairədə maraqlı namizədlərdən biri də Masallının keçmiş notariusu, sonra İmişlidə hakim vəzifəsində işləmiş Qubadəli Rzayevdir.
Müsavat Partiyasının Masallı təşkilatının sədri Xasay Fərzulla da bu dairədən namizədliyini irəli sürüb.

YAP isə bu dairədən Raqib Novruzovun namizədliyini dəstəkləyir.