Yanan binanın son görüntüləri - FOTO

19 Sentyabr 2015 23:09 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu barədə ərazidəki təmir işlərinə nəzarət edən Tahir Məhəmmədov bildirib. Onun sözlərinə görə, binada təmir işlərinin uzanmasına səbəb bəzi sakinlərin təmir işləri ilə razılaşmamasıdır.

"Binanın təmiri çoxdan başa çata bilərdi. Lakin bəzi sakinlər apardığımız təmir işləri ilə razılaşmadılar. Onların bir neçəsi işlərin sona çatmasına az qalmış gəldilər ki, mən evimin dizaynını dəyişmək istəyirəm. Biz də sakinlərin sözləri yerə düşməsin deyə onların təkliflərini qəbul etməli olduq. Bu gün də bir neçə narazı sakin gəlmişdi, ancaq onlara binada işlərin yekunlaşdığını və aparılan təmirin yüksək səviyyədə olduğunu bildirərək razı saldıq",- deyə icraçı bildirdi.


İcraçı bina təmirə başlanmazdan əvvəl bütün sakinlərlə görüşdüklərini, təmir işləri aparılarkən onların istəklərinin tam nəzərə alındığını, lakin sakinlərin sonradan fikrinin dəyişməsinin anlaşılan olmadığnı bildirdi. bütün bunlara baxmayaraq, o, işlərin yaxın 10 gün ərzində tamamən sona çatacağını dedi.


Yanan binanın yerləşdiyi ərazi


"Köhnə binadan sadəcə quru divarlara toxunmamışıq. 59 mənzil olan binadakı qalan bütün işlər tam başlanğıcdan görülüb. Otaqların divar kağızlarının hamısı Ukraynadan, pərdələr və mebellər və digər zəruri avadanlıqlar Türkiyədən gətirilib. Həmçinin binanın şaxtası, elektrik xətləri, liftləri, qazanxanası tam yeni texnologiya ilə yenidən qurulub",- deyə T. Məhəmmədov bildirdi.






Binanın təmirdən sonrakı halı

Müşahidə apardığımız vaxt ərazidə olan bina sakinlərindən biri Gülnarə xanım görülən işlərdən tam razı qaldığını bildirdi. Hazırda binanın həyətinin asfaltlanması, şüşələrin silinməsi və otaqların təmizlənməsi işləri görülür.




Binanın həyətindəki son təmizləmə işləri

Mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər ölmüş, 56 insan xəsarət almışdı. Dünyasını dəyişənlərdən 5-i azyaşlı olub.




Binanın yanğından sonrakı halı




Təmirdən sonrakı halı