“İnter” də, “Zirə” də qalib gəldi

19 Sentyabr 2015 23:22 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

AZAL öz meydanında "İnter"i qəbul edib. Cari mövsüm qələbə və qola həsrət qalan "təyyarəçilər" bu dəfə də istəyinə çatmayıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

Digər görüşdə Premyer Liqamızın debütantı "Zirə" "Rəvan"ı qəbul edib. Oyun meydan sahiblərini 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyunları sentyabrın 20-21-də keçiriləcək.