Ərəb şeyxinin oğlu dəfn edildi - Dubayda matəm elan olundu (Foto)
19 Sentyabr 2015 23:30 (UTC+04:00)
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Rəşid bin Məhəmməd Əl Maktoumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Onun ölümü ilə bağlı Dubayda üç günlük matəm elan olunub. BƏƏ-də matəm günləri bayraqlar endiriləcək.
Qeyd edək ki, şeyxin oğlu Birləşmiş Krallıqda hərbi akademiyada təhsil alıb. 2008-də ölkənin Olimpiya Komitəsinin prezidenti seçilib. 2010-cu ildə iş qrafikinin sıxlığı ilə bağlı vəzifəsindən istefa verib. O həmçinin ölkənin məşhur idman fiquru kimi də tanınıb. Onun indiyə qədərki ən böyük idman uğuru isə "Doha 2006" Asiya Oyunlarında 2 qızıl medal qazanması olub.
1981-ci il təvəllüdlü Rəşid bin Məhəmməd Əl Maktoum artıq torpağa tapşırılıb. Dubay Əmiri oğlunun dəfn mərasimində dualar oxuyub.
Qeyd edək ki, 2010-cu ildə Şeyx Rəşid 5 il ard-arda ən seksual 20 ərəbdən biri seçilib. Forbesin 2010-cu ildə açıqladığı rəqəmlərə görə, onun sərvəti 1,9 milyard dollardır.
Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktum və varisi Hamdan Muhammed Bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycanda səfərdə olub.