Meydan TV-nin daha üç əməkdaşı saxlanıldı - Foto

20 Sentyabr 2015 10:55 (UTC+04:00)
Ukraynadan təlimdən qayıdan jurnalistlər - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya bildirilib ki, onların adı sistemdə bloklanıb.

Bu barədə Meydan TV-yə jurnalistlərin özləri məlumat verib. Jurnalistlərlə bağlı 1137, 1138 və 1139 saylı akt tərtib edilib.

04:12 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən jurnalistlər bu gün səhər dindiriləcəklər. Bu barədə idarənin qarşısına toplaşan jurnalistlərə növbətçi hissədən məlumat verilib.

Xatırladaq ki, hazırda Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov da 30 sutka azadlıqdan məhrum edilərək, həmin idarədə saxlanılır.