Şəmkirdə müəmmalı yanğın - Fotolar

20 Sentyabr 2015 13:18 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yerinə iki yanğınsöndürmə briqdası cəlb olunub. Görülən tədbirlər nəticəsində 20 ton otdan 5 tonu yanğından mühafizə edilib. Xatırladaq ki, bu, son bir neçə ay ərzində qeydə alınan sayca 10-cu yanğın hadisəsidir.

Sonuncu dəfə ötən gün axşam kənd sakini Namiq Qasımova məxsus fərdi təsərrüfatda yanğın qeydə alınıb.

Hazırda kənd ərazisində polis naryadı qoyulub. Giriş-çıxış nəzarətdə saxlanılır. Müəmmalı yanğının səbəbləri və kim tərəfindən törətdildiyi məlum deyil.