Kiyevdə Türkiyəyə dəstək mitinqi keçirildi - Fotolar + Video

20 Sentyabr 2015 14:11 (UTC+04:00)

UABD-nun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadovun Azadinform-a verdiyi məlumata görə, yürüş-mitinqə Kiyevdə fəaliyyət göstərən Türk diasporunun nümayəndələri də qatılacaq.

H.Cavadov bildirib ki, Kiyevin ən böyük meydanlarından olan Maydanda reallaşacaq yürüş-mitinqə 200-dən çox Azərbaycan və Türk diaspor üzvlərinin qatılacağı gözlənilir: "UABD-nin, xüsusən də hər iki ölkə gənclərindən Deniz Çelebi və Beyrək Allahyarovun təşəbbüslərinin yürüş-mitinqə daha böyük töhfə verəcəyini düşünürük. Aksiyada Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, terroru lənətləyən şüarlar qaldırılacaq. Yürüş-mitinq üçün rəsmi icazəni Kiyev meriyasından Azərbaycan diasporu olaraq UABD alıb".